Pedaqoji təcrübədə olan tələbələr tərəfindən ağacəkmə aksiyası keçirilib
05 aprel, 2024

Aprelin 5-də Azərbaycan Dillər Universitetinin (ADU) Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbələri tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamına əsasən, həmin məktəbdə ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı tələbələr, metodist- Təhsil 1 fakültəsinin nəznində Xarici Dillər kafedrasının müəllimi Zəhra Qəhrəmanova və şagirdlər məktəbin həyətində yaşıllaşdırma işləri aparıblar.



