XƏBƏRLƏR

“Bədii və informativ mətnlərlə iş” mövzusunda praktik təlim keçirilib

05 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Azərbaycan ədəbiyyatı kafedrasının dosent əvəzi, fil.f.d. Mehriban Mövlamovanın təşkilatçılığı ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu Tədris resursları şöbəsinin aparıcı mütəxəssisi Aysel Xanaliyeva tərəfindən, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil alan 241 A, B qruplarında “Bədii və informativ mətnlərlə iş” mövzusunda praktik təlim keçirilib.

Təlimin moderatoru Aysel Xanaliyeva nitq bacarıqlarının inkişafı və mütaliənin təşkili yolları haqqında geniş məlumat verib, mətnlərin tipologiyası, bədii və qeyri-bədii mətnlərin seçilməsi və onlar üzərində iş üsulları ilə bağlı praktik tapşırıqlar nümayiş etdirib.

Eyni zamanda PİSA tədqiqatlarında oxu bacarıqları ilə əlaqədar olan tədqiqatlarla tələbələri tanış edib və təhsil sahəsində bu gün tətbiq olunan islahatlar haqqında söhbət açıb.

Təlim tələbərin suallarının cavablandırılması ilə tamamlanıb.