XƏBƏRLƏR

Təcrübəçi tələbələr tərəfindən “Şanlı Zəfərə Gedən Yol” adlı tədbir keçirilib

04 aprel, 2024

Aprelin 4-də Azərbaycan Dillər Universitetinin Bakı şəhəri Nizami rayonunda yerləşən Vüqar Sadıqov adına 214 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan 422A, 424A, 424B qruplarının tələbələri tərəfindən “Aprel döyüşlərinə” həsr olunan “Şanlı Zəfərə Gedən Yol” adlı tədbir keçirilib.

Tədbirdə adıçəkilən məktəbin direktoru Fəttah Fəttayev, Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının  baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, metodist Nuriyyə Əliyeva, Məktəbkənar və Sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Arzu Alış, kitabxana əməkdaşları, fənn müəllimləri və şagirdlər iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən məktəbin tarix müəllimi Sərhəd Məhərrəmov Aprel döyüşləri haqqında məlumat verib.

 Tədbirdə mövzu ilə bağlı həm səhnəcik nümayiş olunub, həm də şagirdlərin əl işləri iştirakçılara təqdim edilib.