XƏBƏRLƏR

“Heydər Əliyev 100” kitabında Rusiyaşünaslıq Mərkəzinin əməkdaşlarının məqaləsi dərc olunub

04 aprel, 2024

Sofiya Balkan sarayında Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi, “Sv.Kliment Oxridskiy” adına Sofiya universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzi və Bolqarıstan Yazıçılar İttifaqının əməkdaşlığının  nəticəsi olan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev 100” kitabının təqdimat mərasimi keçirilib.

Kitab azərbaycanlı və bolqar tədqiqatçıları tərəfindən yazılmış məqalələr toplusudur və Azərbaycan liderinin xarici siyasət, enerji, elm və mədəniyyət sahəsində fəaliyyəti işıqlandırılır.

 Məqalələrin müəllifləri Azərbaycan Respublikasının Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov, Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Elmira Axundova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Elm şöbəsinin müdiri İrina Kunina, Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq Mərkəzinin müdiri Hüseynzadə Diana və elmi işçi Sergey Klimovdur.

“Heydər Əliyev 100 il” kitabı Azərbaycanın görkəmli siyasi liderinin həyat və fəaliyyəti haqqında dəyərli məlumat mənbəyidir, orada dərc olunan məqalələr Ümummilli Lider irsinin müxtəlif aspektlərinin çoxşaxəli və dərindən öyrənilməsini əks etdirir.