XƏBƏRLƏR

ADU-nun professoru tərəfindən fransız dili müəllimləri üçün təlim keçirilib

04 aprel, 2024

 Martın 20-də Beynəlxalq Frankofoniya günündə Rusiya Beynəlxalq Universitetinin Filologiya kafedrasının professoru  Tarzumanova İnara Faikovnanın təşkilatçılığı ilə Fransız dilinin fonetikası və qrammatikası kafedrasının professoru, filologiya üzrə fəlsəfə doktoru Ülfət İbrahim tərəfindən “Fransız dilinin tədrisində rəqəmsal texnologiyaların tətbiqi” adlı fransız dili müəllimləri üçün ixtisasartırma təlimi keçirilib.

Təlimdə Rusiya Beynəlxalq Universiteti və ADU-nun  Fransız dilinin fonetikası və qrammatikası kafedrası  müəllimləri iştirak ediblər.

 Seminar ərzində professor Ülfət İbrahim tərəfindən müəllimlərə yeni rəqəmsal texnologiyalar vasitəsilə fransız dili dərslərinin daha dinamik, maraqlı və interaktiv şəkildə keçməyə imkan vermək üçün müxtəlif resurslar göstərilib.

Onlayn formatda keçirilən təlimdə müəllimlər dərs prosesində müxtəlif proqramların istifadə üsulları ilə tanış olublar. Təlimdən sonra Rusiya Beynəlxalq Universitetinin Filologiya kafedrasının professoru Tarzumanova tərəfindən İnara Faikovna tərfindən professor Ülfət İbrahimə təşəkkür məktubu göndərilib.

Müəllimlərin çoxsaylı sualları təlimçi tərəfindən cavablandırılıb.