XƏBƏRLƏR

Ayşəm Rüstəmova jurnalistika ixtisasının tələbələri ilə görüşüb

04 aprel, 2024

 Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Günel Qəribovanın təşəbbüsü ilə Azərbaycan Dövlət Televiziyasının Xəbərlər Departamentinin redaktoru Ayşəm Rüstəmovanın jurnalistika ixtisasının  III kurs tələbələri ilə görüşü keçirilib.

Qonaq “Telereportajın kreativ özəllikləri” mövzusunda tələbələrlə öz təcrübəsini bölüşüb. Bu sahədə praktik işin əhəmiyyətindən danışıb.

Dərs prosesi interaktiv və qarşılıqlı fikir mübadiləsi fonunda aparılıb. Mövzu ilə bağlı Ayşəm Rüstəmova tələbələrin suallarını cavablandırıb.

Fənn müəllimi Günel İlqar maraqlı və əhatəli müzakirəyə görə qonağa təşəkkürünü bildirib.