XƏBƏRLƏR

ADU-nun təcrübəçi tələbələri tərəfindən "Aprel döyüşləri"nə həsr olunmuş növbəti tədbir keçirilib

04 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Bakı şəhəri 177 saylı  tam orta məktəbdə, metodist Aygün İbrahimovanın rəhbərliyi ilə pedaqoji təcrübədə olan 4-cü kurs-  424A qrupunun tələbəsi Fidan Fərzəliyevanın təşkilatçılığı ilə "Aprel döyüşləri"nə həsr olunmuş tədbir keçirilib.

İki hissədən ibarət olan tədbirin ilk hissəsi İntellektual yarışa həsr edilib. 8 və 9-cu sinif şagirdlərinin iştirak etdiyi yarışda ümumi 25 nəfər olmaqla, 5 komanda və hər komandada 5 nəfər iştirak edib. 3 mərhələdən ibarət olan intellektual yarış 24 sualı əhatə edib.

Sonda "Xarıbülbül" komandası 3-cü, "Dəmir yumruq" 2-ci, "Şuşa" komandası isə 1-ci yerə layiq görülüb. Qalib komandalar diplomla, 1-ci yerin qalibləri isə diplom və hədiyyə ilə təltif edilib.

Tədbirin ikinci hissəsində qonaqlar-  Aprel döyüşləri və Vətən müharibəsi iştirakçıları Hacı Vəliyev, Sənan Zeynalov və Fərid Zeynalov çıxış edərək, döyüş yolları haqqında təəssüratlarını bölüşüb, şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Yarışın sonunda qonaqların iştirakı ilə qalib komandalar mükafatlandırılıb.