XƏBƏRLƏR

Minskdə “Novruz – bahar bayramıdır” adlı ustad-dərs keçirilib

03 aprel, 2024

 Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının dosenti Rəna Rəcəbli tərəfindən Minsk Dövlət Linqvistik Universiteti nəzdindəki “Azərbaycan dili və mədəniyyəti mərkəzi”ndə “Novruz – bahar bayramıdır” adlı ustad-dərs keçirilib.

 Dərsdə Novruz bayramının tarixi və anlamı haqqında geniş məlumat verilib. Həmçinin, dinləyicilər bu bayramın xüsusiyyətləri və atributları ilə daha yaxından tanış olublar.

Dərsin sonunda iştirakçılar, Novruz bayramının əyləncəli bayram oyunlarında iştirak edib və bayram şirniyyatlarından dadıblar.