XƏBƏRLƏR

ADU THİK-in sədri bir qrup aktiv tələbə ilə birgə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

01 aprel, 2024

Azərbaycan Dillər Universitetinin nəzdnində fəaliyyət göstərən Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADU THİK ) sədri bir qrup aktiv tələbə ilə birgə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Qeyd edək ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib.  Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb. 2007-ci ildə şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edilib və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb edilib.  Qazma işləri davam etdirilir.

Bildirilib ki, Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırım qurbanlarına aid olduğu təsdiqlənib.

Soyqırım qurbanlarını dərin ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik!