XƏBƏRLƏR

ADU-nun tələbələri tərəfindən Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib

01 aprel, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Bakı şəhəri Nizami rayonunda yerləşən şəhid Vüqar Sadıqov adına 214 saylı tam orta məktəbdə 422A, 424A və 424B qruplarının təcrübəçi tələbələri tərəfindən məktəbdə  31 mart Azərbaycanlıların  Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Dəyirmi masada universitetin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nuriyyə Əliyeva, kitabxana müdiri Laçın Qurbanova, Uşaq Birliyi Təşkilatı  rəhbəri Natavan Əlizadə, fənn müəllimi Ülkər İmanova və məktəbin şagirdləri iştirak ediblər.

 Öncə Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açlış nitqi ilə başlayan metodist Nuriyyə Əliyeva iştirakçıları Soyqırım barədə məlumatlandırıb.

 Çıxışdan sonra, təcrübəçi tələbə Aida Qasanova qanlı tarix barədə məlumat verib.

 Dəyirmi masa təcrübəçi  tələbələr tərəfindən hazırlanan Anım Gününə həsr olunmuş plakatın təqdim olunması ilə başa çatıb.