XƏBƏRLƏR

ADU-nun professor-müəllim heyətinin "AD SCİENTİFİC INDEX-2024" məlumat bazasında uğurları

01 aprel, 2024

Tanınmış “AD Scientific Index” təşkilatı – Dünyada nüfuslu 10 elmi informasiyanın qiymətləndirmə mərkəzindən biri olaraq- dünya alimlərinin, ölkələrinin və elmi müəssisələrinin reytinqini açıqlayıb. Bu reytinq son altı ilin məcmu təhlili hesabına müəyyənləşdirilir.Universitet, elmi-tədqiqat institutları və elmi jurnalların reytinq sıralanmasını tərtib edən beynəlxalq sistemlərdən fərqli olaraq, “AD Scientific Index” tədqiqatçıların elmi fəaliyyətini, elmi məhsuldarlığını və aldıqları nəticələrin elmi dəyərini xüsusi metodika ilə müəyyənləşdirir.

Dünya alimlərinin reytinq sıralamasının tərtibində ölkə, universitet və sahələr üzrə qiymətli elmi məqalələrin dərc edilməsində alimlərin məhsuldarlığını sadalayan AD Scientific Index; İşini 256 filialda, 220 ölkədə və 10 bölgədə həyata keçirir. Bu kontekstdə kənd təsərrüfatı və meşəçilik, incəsənət, dizayn və memarlıq, biznes və idarəetmə, iqtisadiyyat və ekonometrika, təhsil, mühəndislik və texnologiya, tarix, fəlsəfə, ilahiyyat, hüquq kimi ümumilikdə 12 sahədə 1 605 05 ( bir milyon altı yüz beş min beş ) akademik tədqiqatçı  və 23 min 227 sayda universiteti  əhatə edir və (Afrika, Asiya, Avropa, Şimali Amerika, Okeaniya, Ərəb Liqası, o cümlədən EECA (Şərqi Avropa və Mərkəzi Asiya), BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri), Latın Amerikası və COMESA (Şərqi və Cənubi Afrika)) dünya üzrə alimlərin reytinqini müəyyənləşdirir.

Elm adamlarının h-index, i10 indeksi və sitat sayı meyarlarına əsaslanaraq akademik müvəffəqiyyət təhlili aparan AD Scientific Index universitet, mövzu, ölkə, region və dünya kateqoriyalarında müvəffəqiyyət siyahılarını paylaşır. 2024-cü il üzrə təqdim edilmiş məlumatlara əsasən, “AD Scientific Index”in qeyd olunan meyarlar əsasında hazırlanmış dünya reytinqində (World Ranking) ölkəmiz 96-cı, region reytinqində (Region Ranking) isə 38-ci sırada qərarlaşıb.

Son altı ildə elm adamlarının məhsuldarlıq əmsallarını göstərən ilk və yeganə araşdırma olan AD Scientific Index-in Dünya, Alim və Universitet Reytinqlərinin nəticələri Google Scholar-da açıq profillərinə əsasən, H-İndeksi, i10 İndeksi balları və sitat sayları kimi kriteryalar əsasında müəyyən edilən AD Scientific Index-2024 -də “Azərbaycan Alim və Universitetlər Sıralaması 2024 Ən Yaxşı Alimlər”in nəticələrini açıqlayıb.

 Universitetimizin son altı ildə alimlərin fəaliyyətini sənədləşdirən mexanizm olan AD Scientific Index reytinqində H-Index balı 10 və daha yüksək olan sosial elmlər -dilçilik və ədəbiyyat sahəsi üzrə Azərbaycan Dillər Universitetinin rektoru akad. K. Abdulla ölkə üzrə birinci yerdə, dünya sıralamasında 600-cü yerdə və Xarici əlaqələr üzrə prorektor  professor Jalə Qəribova sosial- elmlər dilçilik və ədəbiyyat sahəsi  sırasında ölkə üzrə 3-cü, dünya üzrə 1.059-cu yeri tutur.

 2024-cü ilin analitik məlumatlarına görə, professor-müəllim heyətimiz Azərbaycan üzrə qiymətləndirmədə sosial elmilər -dilçilik və ədəbiyyat  fənn üzrə reytinqlərdə uğurla təmsil etmiş yüksək reytinqli ilk onlugun birinci və üçüncü yerləri universitetimizin nümayəndələri tutur ki, bu da yüksək nailiyyətdir.

“Müəllimlərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq.

Təfərrüatlı məlumat: universitet, milli, regional və qlobal səviyyələrdə akademiklərin performans və indeks məlumatlarına çıxış üçün www.adscientificindex.com  veb saytına daxil ola bilərsiniz.

Elmi Kitabxana İnformasiya Xidməti Mərkəzinin (EKİXM) rəhbəri Cəmilə Əliyeva