XƏBƏRLƏR

Muxtar İmanov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalına layiq görülüb

28 mart, 2024

AMEA Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar Kazımoğlu-İmanov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub. 

Mükafatı akademikə martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının Dairəvi zalında Elm Günü münasibətilə “Elm Günü​ və Günün elmi: humanitar tədqiqatlar​ və süni intellekt” mövzusunda keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli təqdim edib.​