XƏBƏRLƏR

Pedaqoji təcrübədə olan tələbələr "Novruz bayramı, milli bayramız" adlı tədbir keçirib

19 mart, 2024

Azərbaycan Dillər Universitetinin Yasamal rayonu, Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan Təhsil-1, Təhsil-2 fakültələrinin ingilis dili müəllimliyi ixtisası üzrə 422b və 423a qrupunun tələbələri və Filologiya fakültəsi nəzdində dil ədəbiyyat müəllimiyi (alman) üzrə təhsil alan B20-441 tələbələrinin birgə iştirakı ilə "Novruz bayramı, milli bayramımız" adlı tədbir keçirilib.

Tədbirdə Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimləri  Yaqut Əliyeva, Raya Həsənova, məktəb rəhbəri Leyla Fətəliyeva, fənn müəllimi, digər müəllim heyəti və şagirdlər iştirak ediblər.