XƏBƏRLƏR

Pedaqoji təcrübədə olan müəllim-tələbə heyəti tərəfindən gəzinti təşkil olunub

19 mart, 2024

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Jalə Mehraliyeva və Təhsil- 2 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı -2 kafedrasının baş müəllimi Təranə Zeynalovanın təşkilatcılığı ilə 53 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan Təhsil 1, 2 fakültələrinin tələbələri ilə birlikdə İçərişəhərə gəzinti təşkil edilib.

İlk olaraq “Milli mənəvi dəyərlərin aşılanması” mövzusunda 53 saylı tam orta məktəbdə  metodist və tələbələrlə birlikdə dəyirmi masa keçirilib. Sözügedən dəyərlərin gələcək nəsillərə çatdırılması üçün maarifləndirmə işlərinin önəmli olduğu vurğulanıb. Qeyd edildi ki, milli dəyərlərimizin, tariximizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Azərbaycan xalqının hər zaman milli dəyərlərə sadiq olduğu, bu dəyərlərin əsrlərlə yaşadılaraq inkişaf etdirildiyi vurğulanıb.

Daha sonra metodistlərlərin təşəbbüsü ilə tələbələrlə birlikdə İçərişəhərə ekskursiya təşkil olunaraq, Şirvanşahlar saray kompleksinə və digər yerlərə gəzinti olunub.