XƏBƏRLƏR

Rus dilində «Novruz bayramı» adlı tədbir keçirilib

18 mart, 2024

Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrası, Rusiyaşünaslıq və Azərbaycanşünaslıq Mərkəzlərinin birgə təşkilatçılığı ilə Rus dilində “Novruz bayramı” adlı tədbir keçirilib.

Tədbirdə  Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı prof. İbrahim Kazımbəylinin Novrüz bayramı münasibəti ilə iştirakçıları təbrik edib, Novruz bayramının xalqımızın mədəniyyətinin qorunub saxlanılmasında xüsusi yeri olduğunu bildirib.

MBR fakültəsinin birinci kursda olan rus bölməsi qrupları arasında xonça müsabiqəsi keçirilib.

 Britaniyaşünaslıq ixtisası üzrə 165-R, Amerikaşünaslıq ixtisası üzrə 170-R,  Yaponiyaşünaslıq ixtisası üzrə 179 –R qrupları milli adət ənənələri nəzərə alaraq, Novruz atributlarına uyğun xonça dizayn etdiklərinə görə münsiflər heyəti tərəfindən yüksək qiymətləndiriblər.

Rusiyaşünaslıq Mərkəzinin direktoru baş müəllimə Diana Hüseynzadə Novruz ərəfəsində hazırlıq işləri haqqında tələbələrə geniş məlumat verib.

170- R qrup tələbəsi Milana Muradova –Novruzun tarixi kökləri, həmin qrupun tələbələri Aysel Məmmədzadə və Aliyə Məmmədova Novruz süfrəsi qurub, onun qaydaları haqqında danışıblar.

165-ci qrupun tələbələri Radmila Dadaşova, Zemfira Rəcəbli və Şərqiyyə Salayeva Novruzda falları ilə bağlı əyləncəli səhnə göstəriblər.

179-cu qrupun tələbələri Rəna Quliyeva, Yaşar Osmanov, Ülkər Osmanova, Vəsilə Hacıyeva, Nigar Məmmədova Azərbaycanda qeyd edilən çərşənbə axşamları ilə yaponların çərşənbə gününə münasibət haqqında müqayisəli təhlillə çıxış ediblər.

 Tədbirin sonunda bütün iştirakçılar yumurta döyüşüb və qədim xalq oyunları oynayıblar.

Qaliblər hədiyyə ilə mükafatlandırılıb.