XƏBƏRLƏR

Şəhid Elvin Bayramovun abidəsi önündə gül və ağac kolları əkilib

18 mart, 2024

 2024-cü ildə Azərbaycanda “Yaşıl Dünya ili“  elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq  fakültəsinin Xarici dillər və Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə gül və ağac kolları əkilməsi aksiyası keçirilib.

Aksiya zamanı BMR fakültəsinin Regionşünaslıq kafedrasının müdiri prof.Sevdagül Əliyevanın rəhbərliyi ilə kafedrada təcrübə keçən Hüseyn Nağıyev və  Elgün  Abdullayev sözügedən fakültənin şəhid məzunu Elvin Bayramovun yaşadığı evin həyətində olan abidə kompleksi ətrafında  öncə təmizlik işləri aparıb, sonra isə 12 qızılgül və 20 ədədə dekorativ kol bitkiləri əkiblər.