XƏBƏRLƏR

ADU-nun müəllimləri Təcrübə mübadilə proqramında iştirak edirlər

18 mart, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının müdiri dos.Nigar Zeynalova və bir qrup müəllim heyəti Türkiyə Cümhuriyyətinin Ege Universitetində Təcrübə mübadilə proqramında iştirak edirlər.

Proqramın üçüncü günündə ölkəmizi təmsil edən müəllim heyəti Türkiyə Cümhuriyyətinin Ege Universitetində İbtidai sinif müəllimliyi və Məktəbəqədər təhsil ixtisaslarında təlimin təşkili prosesində iştirak ediblər. Onlar bakalavriat və magistratura səviyyələrində dərslərin müşahidə edib, pedaqoji təcrübənin Tükiyə modeli əsasında həyata keçirilməsi ilə tanış olub, tədris planlarının hazırlanması, ibtidai təhsil müəssisələrində kadr hazırlığı, zəruri kompetensiyaların mənimsədilməsi və s. mövzularda müzakirələr aparıblar.

Bildirilib ki, Ege Universitetində təşkil olunmuş Mübadilə Proqramının sonunda Beynəlxalq əlaqələr departamentində görüş keçirilib. Görüş zamanı iki universitet arasında inkişaf perspektivləri müzakirə edilib, bakalavriat və magistratura səviyyələrində əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib və universitetimizi təmsil edən müəllim heyətinə sertifikatlar təqdim olunub.