ADU-da “Novruz adətləri” adlı tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrası, Azərbaycanşünaslıq Mərkəzi və Magistratura şöbəsi tərəfindən “Novruz adətləri” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva Novruzun gəlişindən və əhəmiyyətindən bəhs edib.
Regionşünaslıq kafedrasının baş müəllimi t.ü.f.d Təranə Quluzadə “Novruz Bayramının əsas atributları” haqqında məlumat verib. Novruz öncəsində qeyd edilən hər çərşənbə axşamı onların qeyd edilməsi qaydaları və həmin günlərdə istifadə edilən atributlardan danışılıb.
Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhmanova “Novruz oyunları” mövzusunu təqdim edib.
Tədbirdə, həmçinin, yaddan çıxan, müasir gənclər və uşaqların demək olar ki oynamadığı və hətta adları belə bilmədiyi oyunlar haqqında danışılıb. “Çövkən”, “Baharbənd”, “Bənövşə”, “Çilingağac” oyunlarının şərtləri və real gedişatı barəsində geniş məlumat verilib, “Çilədi” və “Beşdaş” oyunları tələbələr tərəfindən oynanılıb.
Magistratura şöbəsinin Regionşünaslıq kafedrasında pedaqoji təcrübə keçən tələbəsi “Novruz bayramının tarixi kökləri” barəsində Hənifə Əhmədova “Novruz falları” haqqında magistrant Bənövşə Behudova, “Novruz süfrələri və şirniyyatları” haqqında magistrant Gülnar Tahirli məlumat veriblər.
“Novruz mərasimləri” haqqında Regionşünaslıq kafedrasında istehsalat təcrübəsi keçən IV kurs tələbəsi Hüseyn Nağıyev Novruzun simvolları haqqında məlumat verdi.
Beynəlxalq Münasibətlər və Regiuonşünaslıq fakültəsinin dekanı prof. İbrahim Kazımbəyli tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, milli adət ənənələrimizin yaşadılması və qorunmasının vacibliyini qeyd edib və iştirakçılara və təşkilatçılara təşəkkürünü bildirib.
Tədbirin sonunda bütün iştirakçılar yumurta döyüşüb və qədim xalq oyunları oynayıblar. Qaliblər hədiyyə ilə mükafatlandırılıb.