Belqrad Universitetində ADU haqqında təqdimat
Mart ayının 15-də Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq şöbənin müdiri Anar Rəhimov Serbiyada Belqrad Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti mərkəzində Azərbaycan Dillər Universiteti haqqında təqdimatla çıxış edib, universitetdə təhsil imkanlarından, ADU-nun QS və HE reytinq cədvəllərindəki uğurlu yerindən danışıb. O, vurğulayıb ki, ADU-da 20-dən artıq dil tədris olunur, bu baxımdan xüsusən də dünya dilləri və mədəniyyətlərini öyrənmək istəyən serb tələbələr üçün universitet uğurlu seçim ola bilər.
Anar Rəhimov universitetdə 20-dən artıq Dil və Mədəniyyət mərkəzinin uğurla fəaliyyət göstərməsindən, onların içində Serb dili və mədəniyyət mərkəzinin olmasını da vurğulayıb.
Belqrad Universiteti ilə ADU arasında uğurla davam edən əməkdaşlıqdan bəhs edən Anar Rəhimov serb tələbələri bu universitetdə təhsil almağa, birgə dərslər və tələbə konfransları təşkil etməyə çağırıb.
Görüşdə Belqrad universitetinin rəhbərliyi, Azərbaycanın Serbiyadakı səfirliyinin katibi, Azərbaycan mərkəzinin müdiri Günel Babanlı və tələbələ-müəllim heyəti iştirak edib.