XƏBƏRLƏR

Təcrübəçi tələbələr Novruz bayramına aid tədbir keçirib

18 mart, 2024

12 mart 2024-cü il tarixində 178 nömrəli tam orta məktəbdə Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakultəsi tərəfindən metodist Gülzar Piriyevanın rəhbərliyi altında 404B və 405A qrupları tərəfindən Novruz bayramına aid tədbir keçirilib.

Tədbirdə məktəbin müəllimləri ilə yanaşı məktəbin direktoru Ülviyyə xanım və Əlavə təhsil və karyera şöbəsinin əməkdaşı, dosent Nəsir Xankişiyev  iştirak edib.

Tədbirdə Novruz adət ənənələri haqqında bütün məlumatlar ingilis dilində verilmiş, milli rəqs və mahnı çıxışları olub.