XƏBƏRLƏR

ADU və Oslo Universiteti arasında əməkdaşlıq layihəsi çərçivəsində təlim keçirilib

15 mart, 2024

2010-2011-ci illərdə Azərbaycan Dillər Universiteti və Oslo Universiteti arasında əməkdaşlıq layihəsi çərçivəsində layihə köməkçisi Maria Trettvik tərəfindən, 11-15 mart tarixində BMR fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllimləri- Aytən Məmmədova və Anar Rəhimovun Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 365a və 365b qrup tələbələrinə ”Norveç dili və ədəbiyyatı” haqqında təlim keçirilib.

Bildirilib ki, Norveç dilində keçirilən təlim mühazirə, qrup işləri, qiymətləndirmə və s. kimi xüsusi fəaliyyətləri əhatə edib. Təlimin əsas məqsədi isə Skandinaviyaşünaslıq ixtisasının tələbələrinin norveç dili bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, Norveç mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış olmasını təmin etmək və bununla da bu ixtisasın davamlılığına töhfə vermək idi.

Maria Trettvikin əsas fəaliyyət istiqaməti pedaqojidi və hazırda Norveç Universitetində çalışır.