XƏBƏRLƏR

“Fransız dilinin intonasiya konstruksiyaları vasitəsi ilə təsviri” adlı elmi seminar keçirilib

15 mart, 2024

Azərbaycan Dillər Universitetində Fransız dilinin fonetikası və qrammatikası kafedrası və Doktorantura şöbəsinin birgə təşkilatçılığı ilə doktorant, dissertant, magistrant və tədqiqatçı müəllimlər üçün “Fransız dilinin intonasiya konstruksiyaları vasitəsi ilə təsviri” adlı elmi seminar keçirilib.

Seminar Moskva Dövlət Universitetinin Fransız dilçiliyi kafedrasının f.f.d., dosenti Olevskaya Mariya İosifovna və Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, PhD, ADU-nun professoru Ülfət İbrahim tərəfindən aparılıb. Seminar zamanı müasir fransız dilinin aktual problemləri, nəzəri və praktik fransız dilinin tədrisi perspektivləri geniş müzakirə olunub. Müasir fransız dilçiliyi üzrə tədqiqatlarda fonetikanın nəzəri biliklərinin rolunun vacibliyi vurğulanıb.

Moskva Dövlət Universitetinin Fransız dilçiliyi kafedrasının f.f.d., dosenti Olevskaya Mariya İosifovna elmi seminarda iştirak edən doktorant, dissertant və ADU müəllimlərinin mövzu ilə bağlı suallarını cavablandırıb, həmçinin, fikir mübadiləsi aparıb.

Seminar iki universitet arası elm və tədris sahəsində mübadilə perspektivlərinin müzakirəsi ilə yekunlaşıb.

Bildirilib ki, gələcəkdə iki universitet arasında elmi seminarların təşkil edilməsinin qərarı qəbul olunub. Eyni zamanda, gənc tədqiqatçıların dilin bu aspekti sahəsində araşdırmalar aparmağı tövsiyə edilib.