XƏBƏRLƏR

ADU-nun tələbə və müəllimləri XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbində iştirak edirlər

13 mart, 2024

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr pilləsinin rus bölməsində təhsil alan 193-cü qrup tələbələri, müəllimləri, Beynəlxalq münasibətlər kafedrasının dosenti İrina Kunina ilə birgə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən keçirilən XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbində fəal iştirak edirlər.

Görüş Müasir beynəlxalq münasibətlərdə qloballaşma prosesləri fənninin tədrisində xüsusi əhəmiyyət kəsb edir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışı zamanı tədbir iştirakçılarına Mərkəzin proyektləri və Azərbaycanın multikulturalizm modelindən danışıb.

Görüşdən sonra 193-cü qrup tələbələri qonaqlarla birgə Şəhidlər xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən keçirilən “Sabahın liderləri: Gənclər sivilizasiyaların toqquşmasına qarşı” adlı XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbinə martın 11-dən 17-dək davam edəcək.

XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbində Türkiyə, Braziliya, Rumıniya, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Bolqarıstan, Yaponiya, Əfqanıstan, Çin, Özbəkistan, Qazaxıstan və Azərbaycandan tələbələr iştirak edir.