XƏBƏRLƏR

ADU-nun «Beynəlxalq münasibətlər və regionşünaslıq» fakultəsinin müəllimi və tələbəsi Ümumdünya gənclər festivalında

13 mart, 2024

2024-cü il 1-7 mart tarixində Soçi şəhəri Sirius federal ərazisində keçirilən Ümumdünya gənclər festivalında Rusiyaşünaslıq Mərkəzinin elmi işçisi, həmçinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq kafedrasının müəllimi Klimov Sergey və «Beynəlxalq Münasibətlər və Regionşünaslıq» fakultəsinin 2 kurs tələbəsi Rəcəbli Fərid iştirak etdilər.

Soçidə Beynəlxalq gənclər festivalında iştirak etmək bizim həyatımızda ən parlaq və önəmli anlardan biri olmuşdur.

Festivala gəldiyimiz ilk gündən hiss etdik ki bu möhtəşəm beynəlxalq tədbirdə, qeyri-adi enerji, dostluq atmosferi, tolerantlıq və qarşılıqlı hörmət hökm sürür. Dünyanın hər tərəfindən gənc insanlar təcrübə və ideyalarını bölüşmək, yeni tanışlığlar qazanmağ üçün bir yerə yığışmışdır.

ÜGF iştirakçıları olaraq Vətənimiz Azərbaycanın adət-ənənələri haqqında danışmaq, gələcəyə dair gözləntilərimizi paylaşmaq kimi gözəl imkanımız oldu.

Festivalın proqramı müxtəlif və maraqlı idi. Biz sərgi məkanı olan "Beynəlxalq ÜGF hava limanını", beynəlxalq «Art Cavanlıq» molu, «Yamal» kampusunu, küçə mədəniyyəti və ekstremal idman parkı «Küçə klassikası» məkanını v.s yerləri ziyarət etdik. «Art Cavanlıq» yarmarkası Azərbaycanın müxtəlif növlərini, milli irsimizi və müasir yaradıcı uğurlarımızı təqdim etmək üçün mükəmməl platformadır.

VK musiqi lahiyəsinin təşkil etdiyi konsertlərdə iştirak etmək bizə böyük təsir göstərdi. Bu, sevimli musiqinizi canlı dinləmək və həmin anları digər pərəstişkarlar ilə bölüşmək üçün əla fürsətdir.

Bizim hətda ÜGF-nin bağlanış mərasimində iştirak etmək imkanımız da oldu. Bütün mərasim sevinc abu havasına bürünmüşdü və orda olan hər bir iştirakçının qəlbini isidirdi. 2024-cü il Soçidə ÜGF-da iştirakımız öz ölkəmizi və mədəniyyətimizi nümayiş etdirmək üçün bizə gözəl fürsət yaratdı.