XƏBƏRLƏR

1 Mart-Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib

12 mart, 2024

Azərbaycan Dillər Universitetində 1 Mart-Ümumdünya Mülki Müdafiə günü ilə bağlı  Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müəllimi Aygün Kərimova və Təhsil 1 fakültəsinin 305 b və 302 b qrup tələbələrinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

 Tədbirdə, həmçinin, Təhsil 2 fakültəsinin 329 b qrup tələbələri də iştirak ediblər. Tədbirdə mülki müdafiənin yaranma tarixi, Beynəlxalq Mülki Müdafiə təşkilatı haqqında geniş məlumatlar verilib, fövqəladə hallar (təbii və texnogen qəzalar) zamanı əhalinin davranış qaydaları, ilkin tibbi yardım tədbirləri, özünə və qarşılıqlı yardım tədbirləri geniş şəkildə müzakirə edilib.

 Fövqəladə Hallar Nazirliyində könüllü kimi çalışan tələbələrimiz Lamiyə Babayeva və Elmira Ağabalayeva tələbələrə zəlzələlər, yanğınlar, elektrik cərəyanı ilə zədələnmələr zamanı nə etmək lazım olduğunu əyani şəkildə göstəriblər.

Ürəyin qapalı masajı, ağ ciyərlərin süni ventilyasiyası və digər ilkin yardım tədbirləri video çarxlarla tələbələrin nəzərinə çatdırıblar.

Tələbələrin fövqəladə hallar zamanı davranış qaydaları haqqında verdilkləri suallar müəllimlər tərəfindən cavablandırılıb.