XƏBƏRLƏR

8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

07 mart, 2024

Martın 7-də Azərbaycan Dillər Universitetində (ADU) 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov rektor, akademik Kamal Abdullanın xanım əməkdaşlara ünvanladığı təbrikləri çatdırıb. Prorektor xanım əməkdaşlara ən xoş arzularını bildirib.  

Qeyd olunub ki, Azərbaycan qadınları tarixin bütün dönəmlərində cəmiyyətin hərəkətverici qüvvəsi, milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olub. 

ADU-nun MHİK-nin sədri, dosent Misgər Məmmədov bütün xanımlara sağlıq və xoşbəxt həyat arzu edib.

Qeyd olunub ki, qadınların dövlət strukturlarında iştirakını təmin etmək və onları həyatın bütün sahələrində fəal iştiraka cəlb etmək cəmiyyətin davamlı inkişafının bir hissəsinə çevrilib. 

Tədbir bədii hissə ilə davam edib.