XƏBƏRLƏR

ADU-nun əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib

07 mart, 2024

Azərbaycan dilinin bütün dünyada təşviqi, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasına dəstək olmaq məqsədi ilə, ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbüsü ilə, 2018-ci il aprelin 26-da Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyətə başlayan “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin rəhbəri və ilk müqaviləli müəllimi Günel Babanlıya, Azərbaycan Respublikası Prezienti yanında Ali Attestasiya Komissiyasının 06.12.2023- cü il qərarı ilə Filologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Bu münasibətlə Günel Babanlını təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!