XƏBƏRLƏR

Xarici dillərin tədrisi metodikası kafedralarının müəllimləri üçün növbəti seminar keçirilib

07 mart, 2024

Azərbaycan Dillər Universitetinin Pedaqogika və Xarici dillərin tədrisi metodikası kafedralarının müəllimləri üçün növbəti seminar keçirilmişdir.

Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova, Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dos.G.Şirəliyeva, Əlavə Təhsil, Təcrübə və Karyera şöbəsinin müdiri N.Aşurov seminarda iştirak etmiş, giriş nitqi söyləmişdir.

Pedaqoji təcrübənin təşkili, yeni qiymətləndirmə meyarları, hesabatın hazırlanması, təqdimatı və s. məsələlər haqqında geniş məlumat verilmiş, müəllimləri maraqlandıran suallar əsasında müzakirə olunmuşdur.