XƏBƏRLƏR

Elektron jurnalların istifadəsi ilə bağlı iclas keçirilib

06 mart, 2024

Azərbaycan Dillər Universitetində elektron jurnalların istifadəsi ilə əlaqədar Tədris məsələləri üzrə prorektor dosent Kifayət Hacıyeva, tədris şöbəsinin müdiri dosent Şəfəq Şahməmmədova, Keyfiyyətin Təminatı və Monitorinq şöbəsinin müdiri dosent Vüsalə Ağabəyli, Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsinin müdiri fil.f.d. Fatma Qurbanzadə,  İnformasiya Kommunikasiya Texnologiyaları xidmətinin müdiri Azər Kərimov və Elektron qeydiyyat şöbəsinin müdiri Aygün Rüstəmzadənin iştirakı ilə iclas keçirilib.

İclas zamanı elektron jurnalların istifadəsi ilə bağlı yaranan problemlər, müəllimlərin İKT bacarıqlarından istifadəsi və s. məsələlər haqqında müzakirələr aparılıb.

A. Kərimov və A. Rüstəmzadə bu sistemin yeni qurulduğu üçün müəllimlərə tam dəstək göstərdiklərini və təlimlər keçirdiklərini bildiriblər.

F. Qurbanzadə midterm/kollokvium qiymətləndirilməsi üçün də ayrıca xananın olduğunu və bununla bağlı kafedralara bildiriş göndərildiyini qeyd edib.