XƏBƏRLƏR

Elmi tədqiqat və tərcümə məsələləri ilə bağlı iclas keçirilib

06 mart, 2024

Azərbaycan Dillər Universitetində Elmi işlər üzrə prorektor, professor Novruz Məmmədov, kafedra müdirlərinin iştirakı ilə ETİ-nin aparılması, plagiat hallarına qarşı mübarizə yolları, rektorumuz akademik Kamal Abdullanın tapşırığına əsasən fundamental əsərlərin dilimizə tərcüməsi, onların təqdimatının keçirilməsi, universitetimizin bu işin maliyyə tərəfini öz üzərinə götürməsi kimi mövzulara həsr olunmuş iclas keçirib.  

İclasda kafedraların fəaliyyəti prosesinin aparılma forması, kafedra müdirlərinin iş prinsipi və idarəetməsi kimi mövzular da müzakirə olunub.

Professor Novruz Məmmədov, doktorant və magistrantların elmi iş prosesində elmi rəhbərlərlə olan ünsiyyətində yaranan bəzi problemlərə də toxunub.

İclasın yekununda kafedra müdirləri öz təkliflərini irəli sürüb, yeni istiqamətdə müzakirələr aparıblar.