XƏBƏRLƏR

“Keyfiyyətin təminatı və strateji inkişaf planının icrasına nəzarət komissiyası”nın ilk iclası keçirilib

05 mart, 2024

Azərbaycan Dillər Universitetində Filologiya fakültəsi nəzdində fəaliyyət göstərən “Keyfiyyətin təminatı və strateji inkişaf planının icrasına nəzarət komissiyası”nın ilk iclası keçirilib.

İclasda 2020-ci ildə təsdiqlənmiş Filologiya fakültəsi üzrə ixtisas proqlamları (İngilis, alman, fransız, ispan, azərbaycan, rus dilləri və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İngilis, alman, fransız dilləri və ədəbiyyatı müəllimliyi, Jurnalistika) müzakirə edilib. Bəzi seçmə fənlərin adları ilə bağlı dəyişikliklər, fənlərin tədris semestrləri ilə bağlı kafedralar tərəfindən təklif olunan dəyişikliklər komissiya üzvləri tərəfindən təhlil olunub. Bundan başqa, təhsil proqramlarında fənlərin təlim nəticələrinin yenidən redaktəsi, onların imtahan təlim nəticələri ilə müqayisəsi aparılıb, məzun və peşə kompetensiyalarının fənlər ilə uyğunluğu təhlil olunub və kompetensiya xəritəsində öz əksini tapıb.

Müzakirə olunan məsələlərdən biri də imtahanda yazı modulunun (essenin) qiymətləndirmə meyarı olub.