“Təşviş, həyəcan pozuntusu və onun korreksiyası” mövzusunda praktik seminar keçirilib
04 mart, 2024
Azərbaycan Dillər Universitetində Psixologiya kafedrasının təşkilatçılığı ilə Müasir Psixologiya Mərkəzinin rəhbəri klinik psixoloq Aidə Sübhan tərəfindən Təhsil -2 fakültəsində “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil alan tələbələr üçün “Təşviş, həyəcan pozuntusu və onun korreksiyası” mövzusunda praktik seminar keçirilib.
Tədbirdə Psixologiya kafedrasının müdiri Ceyhun Alıyev və Şəlalə Babayeva da iştirak ediblər.
Seminarın sonunda tələbələri maraqlandıran nəzəri və praktik sualları da cavablandırılıb.