ADU-nun əməkdaşı ABŞ-ın Florida Universitetində tətqiqatda olub
Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrasının baş müəllimi Hökümə Abbasova Fulbright Fakültələrin İnkişafı Proqramı (FFİP) çərçivəsində avqust 2023 - yanvar 2024-cü il tarixlərində Amerika Birləşmiş Ştatlarının Florida Universitetində tədqiqatda olub.
Bildirilib ki, proqram çərçivəsində öncə, sillabusun tərtibatı və kursun inkişaf etdirilməsi istiqamətində 1 aylıq online təlim olub, sonra fərqli ölkələrdən (Gürcüstan, Moldava, Rusiya, Azərbaycan, Kosova və s.) gəlmiş iştirakçılar üçün Nyu York Şəhərində Beynəlxalq Təhsil İnstitutunun Ofisində 3 günlük intensiv kurs təşkil edilib.
Daha sonra H. Abbasova ABŞ-ın dövlət univeristetləri arasında 5-ci ən böyük universiteti olan Florida Universitetinin Siyasi Elmlər fakültəsində tədqiqata başlayıb.
Tədqiqat zamanı o, Siyasi Elmlər fakültəsinin professorlarının dərslərində iştirak edib, ABŞ təhsil sistemi və dərslərin tədrisi metodologiyası ilə tanış olub. Bundan başqa, H. Abbasova ABŞ-Azərbaycan əlaqələri istiqamətində araşdırma etmiş, həmçinin, “ABŞ tarixi” və “ABŞ-ın siyasi sistemi” fənlərinin sillubus və kurs proqramlarını ABŞ standartlarına uyğun işləyərək hazırlayıb.
Həmçinin, H. Abbasova proqram müddətində Florida Universitetinin müəllimlərin təkmilləşdirilməsi istiqamətində təşkil etdiyi bir sıra təlim və seminarlarda da iştirak edib.
Florida Universitetində tədqiqatda olduğu dönəmdə H. Abbasova beynəlxalq tələbələr üçün təşkil olunmuş mədəni tədbirlərdə də iştirak edərək Azərbaycan mədəniyyətini tanıdıb.
Proqramın sonunda Beynəlxalq Təhsil İnstitutunun Nyu York ofisində təşkil etdiyi 2 günlük təlimdə FFİP təqaüdçülərinin yekun hesabatı dinlənilib, hazırladıqları kurs proqramları və sillabuslar dəyərləndirilib.
Fultbright təqaüd proqramını uğurla bitirdiyi üçün H. Abbasova ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət şöbəsi tərəfindən serifikatla təltif olunub.
Qeyd olunub ki, Fulbright dünyanın ən nüfuzlu tədqiqat proqramlarından biridir və 2023 payız semestri üzrə Azırbaycandan Fulbright Fakültələrin İnkişafı Programına müxtəlif universitetlərdən 3 gənc mütəxəssis seçilmişdir.