XƏBƏRLƏR

Pedaqoji təcrübənin təşkili ilə bağlı seminar keçirilib

28 fevral, 2024

Azərbaycan Dillər Universitetində (ADU) pedaqoji təcrübənin təşkili, o cümlədən, pedaqoji təcrübənin formatına edilən dəyişikliklər, yeni qaydaların tətbiqi və layihə variantının işlənilməsi prosesinin tənzimlənməsi, qiymətləndirmə meyarlarından istifadə ilə bağlı seminar keçirilib.

Görüşdə pedaqoji təcrübəyə cəlb olunan müvafiq kafedraların rəhbərləri, müəllimləri iştirak ediblər.

Pedaqogika kafedrasının müdiri dosent Nigar Zeynalova pedaqoji təcrübənin həyata keçirilməsi ilə bağlı edilən yeniliklər və üstünlükləri haqqında geniş məlumat verib, hazırlanmış qiymətləndirmə meyarlarından istifadənin zəruriliyini vurğulayıb.

Təlimin sonunda bu istiqamətlərdə müzakirələr aparılıb.