Alman dili üzrə beynəlxalq imtahanlar üçün qeydiyyat başlayıb

5 aprel 2024-cü il tarixinədək Azərbaycan Dillər Universitetinin Təbriz küçəsində yerləşən binasında ECL İmtahan Mərkəzində Alman dili B1 səviyyəsi üzrə beynəlxalq imtahan keçiriləcək.
Sözü gedən imtahanlar üçün qeydiyyat başlayıb, mart ayının 4- nə qədər qeydiyyatdan keçə bilərsiz.
Qeydiyyatdan keçmək istəyən şəxslər, Şəxsiyyət vəsiqəsi ilə 2024-cü il martın 4-nə qədər ADU-nun ıv mərtəbəsində yerləşən 412 nömrəli şöbəyə (Qrantlar - Layihələr) yaxınlaşmağınız xahiş olunur.
Qeyd edək ki, imtahandan uğurla keçən şəxslər Beynəlxalq sertifikatlarla təltif olunacaqlar.
İmtahanlar Azərbaycan Dillər Universitetinin bazasında Təhsil 2 fakültəsi nəzdində, Xarici dillər kafedrasının müdiri, filologiya elmləri namizədi dos. Aida Sobor və Beynəlxalq Münasibətlər fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti Qönçə Abdulrəhimova tərəfindən koordinasiya ediləcək.
Əlaqə üçün:
1. Aida Sobor tel : 0503757201
2. Qönçə Abdulrəhimova tel: 0503304842





