XƏBƏRLƏR

"Faciədən doğan kədər" adlı tədbir keçirilib

27 fevral, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) S. Poladi adına 159 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbələri məktəbin şagirdləri ilə birgə Xocalı Soyqırımına həsr olunmuş "Faciədən doğan kədər" adlı tədbir keçiriblər.

Tədbiri giriş sözü ilə ADU-nun Xarici Dillərin tədrisi metodikası kafedrasının dosenti Qələmşah Heybətov açıb.

Tədbirdə tələbələr və şagirdlər birgə hazırladıqları Xocalı Soyqırımı ilə bağlı kompozisiyanı təqdim ediblər.

Sonra 44 günlük Vətən müharibəsi haqqında öncə tədbirin aparıcısı çıxış edib, sonra isə videoçarx nümayiş olunub.

Daha sonra məktəbin tarix müəllimi Vüsal Şirəliyev həm Xocalı Soyqırımı, həm də 44 günlük Vətən müharibəsi və ərazi bütövlüyümüzün tam şəkildə bərpa olunması ilə bağlı çıxış edib.

 Sonda məktəbin direktor müavini Hökümə Camalova çıxış edərək, tədbiri ərsəyə gətirənlərə təşəkkürünü bildirib.