XƏBƏRLƏR

ADU-da “Xocalı soyqrımı”nın 32-ci ildönümünə həsr olunmuş növbəti tədbir keçirilib

27 fevral, 2024

Azərbaycan Dillər Universitetində (ADU) universitetin İspan dili Mərkəzinin təşkilatçılığı ilə Mərkəzdə istehsalat təcrübəsi keçən tələbələrin dəstəyi ilə “Xocalı soyqrımı”nın 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Tərcümə fakültəsinin dekanı dos. Bənövşə Məmmədova, ispan dili ixtisası üzrə təhsil alan tələbələr və müəllim heyəti iştirak ediblər.

 Bundan başqa qonaqlarımız Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin direktoru politoloq  Mahir Qurbanov və İspandilli Latın Amerikası ölkələrindən Rakel Qarsiya, Karla Kastro ve Yeseniya Lopez də iştirak ediblər.

 Tədbirdə tələbələr Samirə Məhərrəmovanın, Qənirə Mustafayevanın və Mahir Qurbanovun çıxışları dinlənilib.

Sonra Bənövşə Məmmədova və digər İspandilli qonaqlar bu gün barədə öz fikirlərini bölüşüblər.

Görüş Argentinalı jurnalist, “Realpolitik”jurnalının redaktoru, Xocalı soyqrımı ilə bağlı bir sıra məqalələrin müəllifi Santiago Soutel ilə yaradılan onlayn görüşlə başa çatıb.