XƏBƏRLƏR

Yeni qiymətləndirmə meyarlarının müzakirəsi keçirilib

27 fevral, 2024

26 fevral 2024-cü il tarixində Təhsil 1 və Təhsil 2 fakültələrinin kafedra müdirlərinin iştirakı ilə yeni qiymətləndirmə meyarlarının müzakirəsi keçirilmişdir. İclasda Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova yeni qiymətləndirmə meyarları haqqında geniş məlumat vermiş, onun tətbiqinin zəruriliyini vurğulamışdır. O bildirmişdir ki, dünyanın qabaqcıl təhsil təcrübəsinə malik ölkələrində təfəkkürə əsaslanan yeni qiymətləndirmə meyarlarından istifadə olunur. Ölkəmizin təhsil sisteminin Dünya Təhsil Məkanına uğurla inteqrasiya etdiyi dönəmdə yeniqiymətləndirmə meyarlarının hazırlanması, tətbiqi labüddür.

İclasın yekununda kafedra müdirləri yeni qiymətləndirmə meyarları ilə tanış olmuş, təkliflərini səsləndirmişlər. Bu istiqamətdə müzakirə həyata keçirilmişdir.