XƏBƏRLƏR

“Həsən bəy Zərdabi: Həyatın özü və həyatın ölçüsü” adlı dəyirmi masa keçirilib

26 fevral, 2024

 Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsi, Doktorantura şöbəsi və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə  AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun professoru Rəhman Bədəlovun təqdimatında “Həsən bəy Zərdabi: Həyatın özü və həyatın ölçüsü” adlı dəyirmi masa keçirilib.

 Tədbirin moderatoru,  Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilli açılış nitqi ilə çıxış edərək, Rəhman Bədəlov və onun “Zərdablı adam” tədqiqat əsərinin faydasını diqqətə çatdırıb. Azərbaycan maarifçiliyinin formalaşmasında Həsən bəy Zərdabinin müstəsna rolunu vurğulayıb.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun professoru Rəhman Bədəlov “Həsən bəy Zərdabi: Həyatın özü və həyatın ölçüsü” mövzusunda çıxış edib. Azərbaycan maarifçilik kontekstində Həsən bəy Zərdabinin ömur  yolunu işıqlandırıb, bir sıra yeni məlumatları müzakirə obyektinə çevirib.

Tədbir müzakirələrlə davam edib.