XƏBƏRLƏR

ADU-da xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi haqqında iclas keçirilib

26 fevral, 2024

Azərbaycan Dillər Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi sistemi haqqında iclas keçirilib.

İclasda Elmi işlər üzrə prorektor, prof. Novruz Məmmədov, Tədris məsələləri üzrə prorektor, dos. Kifayət Hacıyeva, Rektorun maddi-texniki və maliyyə məsələləri üzrə müşaviri Nüşabə Tanrıverdiyeva, Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri, dos. Vüsalə Ağabəyli, Kadrlar şöbəsinin müdiri dos. Məmməd İsmayılov, Elm şöbəsinin müdiri, dos. Sevda İmanovanın iştirak ediblər.

İclas zamanı professor-müəllim heyətinin illik xidməti fəaliyyət balının hesablanması qaydası müzakirə olunub.