XƏBƏRLƏR

Təcrübəçi tələbələr tərəfindən “Xocalı faciəsi”nə həsr olunmuş dərs keçirilib

26 fevral, 2024

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin 202 saylı  tam orta məktəbdə pedaqoji təcrübədə olan 438b qrup tələbələri, Azərbaycan dilçiliyi kafedrasının müəllimi- metodist Aytac Rüstəmlinin rəhbərliyi ilə “Xocalı faciəsi”nə həsr olunmuş dərs keçiriblər.

Tələbə Validə Əlizadə tərəfindən təşkil olunmuş dərs zamanı video və görüntülərdən istifadə olunub.

Dərs Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Öncə tələbələr baş vermiş hadisələr haqqında məlumatlar verib, sonra isə şagirdlər Xocalıya həsr olunmuş şeirlər  səsləndiriblər.

Dərs II Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalıya üçrəngli bayrağımızı sancdığı video görüntülərlə yekunlaşıb.