XƏBƏRLƏR

ADU və Perugia Xaricilər Universiteti arasında saziş

23 fevral, 2024

                                                                      

Azərbaycan Dillər Universiteti ADU və İtaliya Respublikasının Perugia Xaricilər Universiteti  PXU (The Perugia Foreigners' University) arasında mədəni və elmi əməkdaşlıq haqqında saziş

21 dekabr 2023-cü ildə Azərbaycan Dillər Universiteti  və  Perugia Xaricilər Universiteti arasında mədəni və elmi əməkdaşlıq barədə hər iki universitetin rektorları, akad. Kamal Abdulla və prof.Valerio de Cesaris tərəfindən qarşılıqlı saziş imzalanmışdır.

Əsası 1920-ci illərdə qoyulan Perugia Universiteti, tolerantlığı, mədəniyyətlərarası ünsiyyəti  və multikulturalizmi təmsil edən təhsil ocaqlarınadan biridir. Bu baxımdan Perugia Universitetinin ADU ilə missiya və vizion baxımından bir-birinə yaxınlığını qeyd etmək istərdik.

Adı çəkilən  müqavilədə aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur;

  • humanitar və sosial elmlər sahəsində birgə tədqiqat işlərinin aparılması
  • akademik nəşrlərdə birgə elmi məqalələrin yazılması
  • italyan dilinin tədrisi ilə məşğul olan müəllimlərin təlimi
  • italyan dilinin tədrisinin keyfiyyətinin artırılması
  • İtalyan dilinin tədrisi üçün lazımi resursların yaradılması və təmin olunması
  • tələbə və doktarantlar üçün inteqrasiya olunmuş təhsil proqramlarının həyata keçirilməsi
  • bakalavr, magistr və doktarantura səviyyəsində təhsil alan tələbələr üçün təqaüdlərin təsdiqlənməsi
  • distant təhsil fəaliyyətləri
  • İtalyan dilinin xarici dil kimi tədrisini sertifikatlaşdırması məqsədilə dil bacarıqlarının qiymətləndirilməsi və sertifikatlaşdırılması mərkəzinin işinin təşviqi
  • Müqavilə həm tələbələrin, həm də tədqiqatçıların mübadiləsini ehtiva edir. Saziş 3 il müddətində qüvvədə olacaq.