XƏBƏRLƏR

“Azərbaycan obrazı” elmi-tədqiqat laboratoriyasında növbəti iclası keçirilib

23 fevral, 2024

Fevralın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) “Azərbaycanşünaslıq” Elmi Mərkəzi nəzdində “Azərbaycan obrazı” elmi-tədqiqat laboratoriyasının növbəti iclası keçirilib.

 İclasda laboratoriya üzvləri –Aqil Şahmuradov, Aqşin Rüstəmov, Ülviyyə Rəhimova, Suğra Ələkbərli, ADU-nun Multikulturalizm məsələləri üzrə rektorun müşaviri Qaley Allahverdiyev və ADU-nun mərkəz rəhbərləri (Koreya, İndoneziya, İsrail, Serb dili, İspan dili, Alman və s.) iştirak ediblər.

ADU-nun Multikulturalizm məsələləri üzrə rektorun müşaviri Qaley Allahverdiyev iclası açıq elan edib. Laboratoriyanın rəhbəri Aqil Şahmuradov iclası giriş sözü ilə açaraq gündəlikdə duran məsələni elan edib. 1991-2003-cü illərdə müxtəlif ölkələrin mətbuatında çap olunmuş və Azərbaycan obrazını yaradan materialların yığılması ilə bağlı mərkəz rəhbərləri ilə aparılan müzakirədə müvafiq məqalələrin toplanması və tərcümə olunması qərarına gəlinib.

Mərkəz rəhbərlərini maraqlandıran suallar Aqil Şahmuradov tərəfindən cavablandırılıb.

İclas gündəlikdə duran məsələnin ətraflı müzakirəsilə yekunlaşıb.