XƏBƏRLƏR

Təhsil Proqramının Akkreditasiyasına hazırlıq müzakirə olunub

22 fevral, 2024

21 fevral 2024-cü il tarixində ADU-nun növbəti Rektoryanı şurasının iclası keçirilib. Şurada İbtidai sinif müəllimliyi Təhsil Proqramının Akkreditasiyasına hazırlıq məsələləri müzakirə olunub. ADU-nun rektoru akademik Kamal Abdullanın müvafiq əmri ilə yaradılmış Təşkilat Komissiyasının sədri, dosent N. Zeynalovanın hesabatı dinlənilib, bu istiqamətdə görülən işlər geniş müzakirə edilib.

Universitet rektoru fəaliyyətin səmərəliliyini təmin etmək məqsədilə aidiyyatı strukturlara müvafiq göstərişlər verib,  məsələ ilə bağlı mütəmadi hesabatların  dinlənilməsini tövsiyə edib.