XƏBƏRLƏR

ADU-da Beynəlxalq ana dili günü qeyd olunub

22 fevral, 2024

Azərbaycan Dillər Universitetində Beynəlxalq Ana dili gününə həsr olunmuş “Ana dilimiz milli varlığımızdır” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin Azərbaycan dilçiliyi kafedrasının müdiri, dosent Fərəh Niftəliyeva Beynəlxalq Ana dili gününün təsis olunmasının tarixi barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra ADU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Aytac Rüstəmli “Ana dilimizə dövlət qayğısı”, Türk Dünyası Araşdırmaları Mərkəzinin mütəxəssisi Firuzə Ağaməmmədova “Azərbaycanda yaşayan azsaylı xalqların ana dillərinə dövlət dəstəyi” mövzularında məruzələri dinlənilib.

Tədbirdə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, professor Adil Babayev, Türk Dünyası Araşdırmaları Mərkəzini müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov dəyirmi masanın əhəmiyyətindən danışıb, Beynəlxalq Ana dili gününün qeyd olunmasının önəmi haqqında fikirlərini bölüşüblər.

Qeyd olunub ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.