XƏBƏRLƏR

Təlim proqramının ilk modulu keçirilib

22 fevral, 2024

Birgə və Sağlam İctimai Birliyi və Azərbaycan Dillər Universiteti arasında imzalanmış Memoranduma əsasən universitetin Məktəbəqədər təhsil və ibtidai təhsil ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə həyata keçiriləcək təlim programının ilk modulu 21 fevral tarixinda baş tutub.

Birliyin əməkdaşları olan Gülşən Tağıyeva və Milana Həsənovanın təqdimatında “0-6 yaş dönəminin önəmi“ və “Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda cinsi tərbiyə” mövzuları müzakirə edilib. Görüş interaktiv şəkildə davam edib və iştirakçıların sualları cavablandırılıb.