XƏBƏRLƏR

ADU- da elmi tədqiqat işləri ilə əlaqədar iclas keçirilib

20 fevral, 2024

Azərbaycan Dillər Universitetində Elm şöbəsinin təşkilatçılığı ilə elmi tədqiqat işlərinin yerinə yetirilməsi, üzə çıxarılması, dəyərləndirilməsi istiqamətində iclas keçirilib.

Universitetin rektoru akad. Kamal Abdullayev 2024-cü ildə nəzərdə tutulan Elmi tədqiqat işlərinin yerinə yetirilməsi üçün “Filoloqun kitabxanası” lahiyəsi çərçivəsində əsərlərin seçilməsi, tərcümələrin yığılması və təşkil edilməsi, redaktə olunub çapa verilməsi barəsində göstəriş verib.

Bildirilib ki, həmin önəmli məsələlərin ötürülməsi Elm şöbəsinin maderatorluğu ilə keçiriləcək.

Rektor vurğulayıb ki, belə elmi işlər bugün universitetimizin dərində gizlənmiş, hətta, bəzən paslanmış, yaddaşdan çıxarılmış, unudulmuş potensialını canlandırmaqda bizə kömək edəcək. Həmçinin, “Filoloqun kitabxanası” lahiyəsi çərçivəsində əsərlərin tərcümə olunub, çapa verilməsinin mühim məqsədi onun tədrisə tətbiq edilməsini həyata keçirməkdir.