XƏBƏRLƏR

Nicat Əliyev “İlin Tələbə Gənclər Təşkilatı Sədri” nominasiyasına layiq görülüb

03 fevral, 2024

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu keçirilib.

Forumda Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev “İlin Tələbə Gənclər Təşkilatı Sədri” nominasiyasına layiq görülüb.

Universitetimizin rektoru akademik Kamal Abdulla Nicat Əliyevlə görüşüb, onu təbrik edib. 

ADU kollektivi adından Nicat Əliyevə uğurlar arzu edirik.