XƏBƏRLƏR

Professor Əsgər Zeynalov haqqında film təqdimatı olub

20 fevral, 2024

Fevralın 10-da Nizami Kino Mərkəzində Azərbaycan Dillər Universitetinin müəllimi, professor Əsgər Zeynalova həsr olunmuş "Azərbaycanlı alimin dünya meredianları" adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Sənədli film professor Əsgər Zeynalovun həyat və yaradıcılığından bəhs olunub.

Əslən Qərbi Azərbaycandan olan alimin yaradıcılıq yolundan akademik Nizami Cəfərov, akademik Muxtar İmanov, professor Novruz Məmmədov, professor Gülçöhrə Məmmədova, professor Cəlil Nağıyev, dosent Misgər Məmmədov və ailə üzvləri yer alıb.

Qeyd edək ki, Əsgər Zeynalov Azərbaycan Jurnalistlər (1997) və Azərbaycan Yazıçılar Birliyinin (1998), Nyu York Elmlər Akademiyasının (2017) üzvü, Özbəkistan Turan Elmlər Akademiyasının Akademiki (2018), Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü (2019), Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının Akademiki (2019), Almaniyada fəaliyyət göstərən Avropa Təbiət Elmlər Akademiyasının Akademikidir. Sənədli filmin təşkilati dəstəkçisi Zangazur İnformasiya Agentliyidir.

Təqdimat mərasimində həmçinin, bir sıra rəsmi qonaqlar, elm xadimləri, ziyalılar iştirak ediblər.