XƏBƏRLƏR

ADU-nun türkoloq alimi beynəlxalq konfransda iştirak edib

15 fevral, 2024

14 fevral 2024-cü il tarixində Özbəkistan Respublikası Əlişir Nəvi adına Daşkənd Dövlət Dil və Ədəbiyyat Universitetinin təşkilatçılığı ilə “Zahirəddin Baburun dilçilik görüşləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Universitetin elmi işlər və innovasiyalar üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Odina Camoldinova açaraq Zahiriddin Məhəmməd Baburun həyat, yaradıcılığı və fəaliyyətinə böyük maraq olduğunu, ciddi tədqiqatların aparıldığını qeyd edib.

Konfransda ADU-nun Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov “Baburnamə əsəri və ortaq türk dili” mövzusunda məruzə ilə çıxış edib.

E. İbrahimov məruzəsində “Türk dünyasında ortaq ünsiyyət dilinin formalaşdırmasının bir yolunun da ortaq tarixi şəxsiyyətlər və ortaq əsərlər üzərində birləşmək lazım olduğunu” qeyd edib.

Konfransda iştirakçıları tərəfindən təklif və iradlar səsləndirilib, elmi müzakirələr aparılıb.

https://tsuull.uz/uz/content/zahiriddin-muhammad-boburning-tilshunoslikka-oid-talqinlari